Kasım Jomart Tokayev Almatı rəhbərini vəzifəsindən azad etdi

24.05.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərinin akimi (rəhbəri) Erbolat Dosayevin tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.

İstefanın səbəbləri açıqlanmayıb. Dosayev bir gün əvvəl Baş nazir Oljas Bektenovun Almatıya işgüzar səfərində iştirak edib.

Mayın 23-də Almatı şəhəri məslihatının (yerli nümayəndəlik orqanı) saytında akimin təyinatının razılaşdırılması ilə bağlı mayın 24-də deputatların iclasının keçiriləcəyi barədə elan yerləşdirilib. Lakin mayın 23-də Dosayevin istefası ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, iki milyondan çox əhalisi olan Almatı Qazaxıstanın ən böyük şəhəridir. Dosayev 2022-ci ilin yanvarından bu postu tuturdu. Bundan əvvəl o, müxtəlif vaxtlarda Qazaxıstan Milli Bankının sədri, baş nazirin müavini, nazir olub, eyni zamanda, bankda top-menecer vəzifəsində işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью