Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 25-26 noyabrda Moskvada işgüzar səfərdə olacaq.
525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi müzakirə ediləcək.
“25-26 noyabr tarixlərində dövlət başçısı Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə işgüzar səfərlə Moskvada olacaq. Səfər çərçivəsində dövlət başçılarının görüşü keçiriləcək. Görüşdə Qazaxıstan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq. Qazaxıstan Prezidenti, həmçinin süni intellekt üzrə beynəlxalq konfransda iştirak edəcək”, - o teleqram kanalında bildirib.
Pərvanə Sultanova