Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Fənərbaxça”nın üzvü Rodriqo Bekao Super Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi “Kasımpaşa”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin formasını geyinəcək.
Xatırladaq ki, “Fənərbaxça” Rodriqo Bekaonu 2023-cü ildə “Udineze” klubundan 8,3 milyon avro qarşılığında transfer edib.
Qeyd edək ki, “Kasımpaşa” daha əvvəl də “sarı-lacivərdlilər”dən İrfan Can Kahvecini icarə əsasında heyətinə qatmışdı.
İngiltərədə dekabr ayının ən yaxşı məşqçisi bəlli olub Günün oyunları bu kanallarda Premyer Liqada dekabr ayının ən yaxşısı bəlli olub “Qalatasaray”ın sabiq üzvü HƏBS EDİLİB "Eyüpspor" əl dəyişdirir: Kluba qəyyum təyin edilib