Kasımpaşa hollandiyalı sol cinah müdafiəçisi transfer edib

08.08.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Super Liqa komandalarından "Kasımpaşa", hollandiyalı sol cinah müdafiəçisi Qodfrid Frimponqun transferini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə açıqlama yayıb:

"Yeni transferimiz Qodfrid Frimponq, keçdiyi yoxlanışlardan sonra imza mərasimində onu Kasımpaşa ilə 2+1 il müddətinə bağlayan müqavilə imzaladı."

Frimponq ötən mövsüm Portuqaliyanın "Moreirense" komandasının heyətində 33 matçda iştirak edib.

Fərid

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью