“Kasımpaşa” səfər qələbəsi ilə dördüncü pilləyə yüksəldi

06.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Super Liqasında 11-ci turun açılış oyununda “Kasımpaşa” səfərdə “Qaziantep”ə 2:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qonaqlar matça sürətli başlayaraq artıq üçüncü dəqiqədə hesabı açıblar. Haris Hayradinoviç uzaq məsafədən dəqiq zərbə ilə fərqlənib.

21-ci dəqiqədə Adrian Benedıçak penaltini dəqiq yerinə yetirərək İstanbul təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə “Qaziantep” hesab arasındakı fərqi azaltmağa çalışıb. Meydan sahiblərinin futbolçuları Drissa Kamara və Myenti Abena dirəyi nişan alsalar da, qonaqlar qapılarını toxunulmaz saxlamağı bacarıblar.

Bu nəticədən sonra “Kasımpaşa” 20 xalla turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Qaziantep” isə səkkiz xalla 16-cı sırada qərarlaşıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью