Kaskasız moped sürücüsü asfalta çırpıldı Video

18.07.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda yol hərəkəti qaydalarını pozan avtomobil mopedi vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Nizami rayonu ərazisində “Hyundai” markalı avtomobil dönmə üçün nəzərdə tutulmamış ərazidə manevr edib. Bu zaman minik avtomobili onu ötüb keçmək istəyən mopedi vurub.

Nəticədə qoruyucu vasitələrdən istifadə etməyən moped sürücüsü yolun asfalt örtüyünə çırpılaraq xəsarətlər alıb.

Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью