Kaşkilya: “Futbolçularımız xarakter göstərdilər”

02.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının VIII turunun “İmişli” – “Qəbələ” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox çətin oyun oldu. Bilirik ki, “Qəbələ” çox güclü və bərk komandadır. Onlar daha çox xal qazanmağa layiqdirlər. Meydanda bərabər oyun gedirdi. Birinci hissənin sonunda ve ikinci yarının əvvəlində qol buraxmaq bizi çətin vəziyyətə saldı. Amma taktiki dəyişikliklərdən sonra komanda özündə güc tapdı. Futbolçularımız xarakter göstərdilər. Komandamdan razıyam. 0:2 hesabından sonra 1 xal qazanmaq yaxşı nəticədir.

– Son oyunlarda “İmişli” çox qol buraxır. Bunun səbəbi nədir?
– Müdafiə xəttində problem yoxdur. Sadəcə, rəqiblərimiz də çox güclü olur. Qollar vurmaq və buraxmaq futbolun bir hissəsidir. Dediyim kimi, rəqiblərimiz də çox güclüdür. “Qəbələ”nin sürətli hücumçuları var. Əlbəttə ki, qol buraxmaq istəmirik. Amma rəqibləri də nəzərə almaq lazımdır.

– Dediz ki, komanda xarakter göstərdi. Feyr-pleyə əməl etməmək də yaxşı xarakterdir?
– Rəqib oyunçunun zədələnməsini görmədik. Sadəcə, eşitdik ki, baş məşqçi əvəzetmə etmək istəyir. Ona görə epizoda belə reaksiya verdik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью