Kaşkilya: “Xarakter göstərdik”

12.04.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXVII turunda keçirilən “Qəbələ” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm
Gözəl oyun göstərdilər. “Neftçi” matçından sonra qələbə qazanmamışdıq, futbolçularda ruh düşkünlüyü var idi. Amma vəziyyəti dəyişə bildik. Son iki oyunda vacib xallar qazandıq. “Qəbələ” yaxşı komandadır, sürətli hücuma keçə bilirlər. Çalışdıq ki, onların qarşısını alaq. Taktikamız alındı. Standart vəziyyətdən fərqləndik və ilk hissəni öndə bitirdik. Fasilədən sonra çalışdıq ki, onlara çox şans verməyək. Yaxşı müdafiə olunduq və çətin oyunda üç xal qazandıq. Qələbəni bu gün ad günü olan klubumuzun prezidentinə həsr edirik.

– Uzun müddət sonra qələbə qazandınız. Geridönüş necə alındı?
– Bu, futboldur. 14 oyun qələbə qazana bilmədik. Bəzi matçlarda seriyanı poza bilərdik. Vacib odur ki, futbolçular məşqlərdə özlərini yaxşı göstərirdilər, çox çalışırdılar. Xarakterimizi, mənliyimizi göstərdik. Liqada qalmaq üçün xallara ehtiyac var. Mövqeyimizi hələ itirməmişik.

Şahin Cəfərov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью