KASKO da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib

24.09.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə ödənişlərin artım tempi yığımları əhəmiyyətli dərəcədə üstələyib.

Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda bu sığorta növü üzrə 25 milyon 488,3 min manat ödəniş edilib.

2025-ci ilin eyni dövründə ödənişlərin həcmi 20 milyon 283,1 min manat idi. Artım 5 milyon 205,3 min manat və ya 25,7% təşkil edib.

Yığımlar isə cəmi 1,6% artaraq 46 milyon 622 min manatdan 47 milyon 387,5 min manata yüksəlib.

Nəticədə ödənişlərin yığımlara nisbəti 43,5%-dən 53,8%-ə çatıb.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью