Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Seltik” heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Şotlandiya təmsilçisi “Bodo Qlimt”də çıxış edən Kasper Hönü transfer edib.
25 yaşlı danimarkalı mərkəz hücumçusu ilə 4+1 illik müqavilə imzalanıb.
“Seltik” bu keçid üçün Norveç klubuna 12,85 milyon avro ödəyib.
Kasper Hö “Bodo Qlimt”ə 2024-cü ildə keçmişdi.
Qeyd edək ki, Kasper Hö ötən mövsüm "Budo/Qlimt"in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.