“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanılıb

29.05.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun APA-ya verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью