Kaşpirovski mənzili niyə həyat yoldaşına verib?

10.07.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cütlük münasibətlərini 2024-cü ildə qanuniləşdirib...

...Psixoterapevt və televiziya aparıcısı Anatoli Kaşpirovski mənzilini həyat yoldaşı Qulizar Çalbaşovaya (milliyyətcə özbəkdir. Kaşpirovskinin köməkçisi və...həyat yoldaşı olub-A.B.) hədiyyə olaraq verib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu terapevtin direktoru Sergey Rudıx MK-ya bildirib.

O, bu sənədlərin qeydiyyatının psixoterapevtin özünün pulsuz və evsiz qalması demək olmadığını vurğulayıb.

Onun, Çalbaşovanın getmək niyyəti yoxdur.

Anatoli Mixayloviç, Allaha şükür, sağlam düşüncəlidir. Əgər o, bunu edirsə, deməli, özünəinamlıdır, - deyə Rudıx əmin edib.

O, həmçinin əlavə edib ki, Kaşpirovski 2024-cü ildə 85 yaşını qeyd edib. Daha sonra televiziya aparıcısı həyat yoldaşına hədiyyə etmək qərarına gəlib: mənzilini ona verib.

Bu, cütlüyün münasibətlərini qanuniləşdirdikdən bir il sonra baş verib.

Qeyd edək ki, Kaşpirovski və Çalbaşova 2014-cü ildən bəri görüşürdülər. Ərindən 20 yaş kiçik olan teleaparıcının həyat yoldaşı bir vaxtlar onun köməkçisi işləyib. 2025-ci ilin avqust ayında onların Ellina adında qızlaı dünyaya gəlib.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью