Kaşpirovskiinin oğlu atasının dəfninə gəlməyəcək

04.10.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın tanınmış psixoterapevti Anatoli Kəşpirovskiyinin ABŞ-da yaşayan oğlu Sergey atasının dəfn mərasimində iştirak etməyəcək.

Sherg.az xəbər verir ki, bu barədə psixoterapevtin qardaşı oğlu Yuri Mamayev "RİA Novosti"yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Kaşpirovskinin yaxınları mərhumun həyat yoldaşı Güliyarla telefonla danışarkən Sergeyin dəfn üçün ABŞ-dan gəlməyəcəyi məlum olub.

“Sergey dəfn mərasiminə gəlməkdən imtina edib. Hazırda Amerikadadır”, - Mamayev deyib.

Sergeyin bu qərarının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Anatoli Kaşpirovskiinin dəfn mərasiminin qapalı keçiriləcəyi bildirilir. Onun dəfn olunacağı yerin dostları və həmkarlarından da gizli saxlanılması planlaşdırılır. Kəşpirovskiyi oktyabrın 3-də 87 yaşında vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью