Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Bir neçə gün əvvəl vəfat edən məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovskinin oğlu Serqio Montananın ABŞ-da atasına məxsus evi qanqsterlərə kirayə verdiyi ortaya çıxıb.
Axşam.az xəbər verir ki, bu barədə "Life SHOT" məlumat yayıb.
Bildirilib ki, 2016-cı ildən Kaşpirovskinin evində qanunsuz avtomobillərdən istifadə edən və maşınları həyətdə təmir edən şəxslər yaşayıb. Evə mütəmadi olaraq polis gəlib.
2018-ci ildə məhkəmə yolu ilə kirayəçilərin iki avtomobilinin müsadirə edilməsinə nail olunub. 2019-cu ildə isə gecə keçirilən məclislərlə bağlı şikayətlərə görə polis evə gəlib. Məclisdə iştirak edən şəxslərin silahlı olduğu bildirilib. Borca görə elektrik enerjisinin kəsilməsi səbəbindən ev təhlükəli hesab edilib.
Nəşrin məlumatına görə, Montana vəziyyətin pisləşməsindən ehtiyat edərək əmlakı 2025-ci ildə 450 min dollara satıb.
Qeyd edək ki, Anatoli Kaşpirovski 3 oktyabr 2026-cı ildə vəfat edib. Məlumata görə, Montana atasının vida mərasiminə qatılmaqdan imtina edib.