Kaşpirovskinin son vəsiyyəti: Ukraynada dəfn olunacaq

08.10.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur psixoterapevt Anatoli Kaşpirovski Ukraynada dəfn ediləcək. O, valideynləri və ilk nikahından olan qızı Yelenanın məzarlarının yanında torpağa tapşırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Shot” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Kaşpirovskiyə məxsus tabut Moskvaətrafı ərazidəki dəfn xidmətləri bürosunda hazırlanıb. Yaxınları onun kremasiya edilməsindən imtina ediblər. Vida mərasimindən sonra psixoterapevtin cənazəsi Troekurovskoye qəbiristanlığına aparılıb.

Kaşpirovski Ukraynanın Xmelnitski vilayətinin Stavniç kəndində anadan olub. Müxtəlif vaxtlarda SSRİ və Ukrayna vətəndaşlığı daşıyıb. O, 1996-cı ilin yanvarında verdiyi müsahibədə Kiyevdəki evini tərk etdiyini və Rusiya vətəndaşlığı aldığını bildirmişdi.

Psixoterapevtin valideynləri və ilk nikahından olan qızı Yelena Ukraynanın Vinnitsa şəhərindəki Mərkəzi qəbiristanlıqda dəfn olunublar.

Anatoli Kaşpirovskinin ölüm xəbəri oktyabrın 3-də yayılıb. Onun 87 yaşı var idi. Psixoterapevt ürək dayanması nəticəsində ölüb.

Məlumata görə, Kaşpirovski son vəsiyyətində Ukraynada, anasının yanında dəfn olunmaq istədiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью