Kassa Müdiri (Şirvan filialı)

13.06.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təsvir

Kassada aparılan əməliyyatların AR Mərkəzi Bankının və Bankın daxili prosedur və qaydalarına, həmçinin AR-nın bu sahədə qüvvədə olan qanunvericiliyinə uyğun təşkil edilməsi; Kassanın icraatında olan işlərin Kassa xidmətləri üzrə mütəxəssislər tərəfindən keyfiyyətlə təşkil olunmasını təmin etmək və onların vaxtında icra olunmasına nəzarət etmək; Kassanın əməkdaşları tərəfindən əməyin mühafizəsi, sanitar-gigiyena və texniki təhlükəsizliklə əlaqədar tələblərə əməl edilməsinə nəzarət etmək; Nağd vəsaitlərin limitinə nəzarət etmək; Kassada rəsmiləşdirilmiş bütün sənədlərə cavabdeh şəxs olaraq nəzarət etmək; Müştərilərə xidmət göstərmək, mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək; Mübadilə əməliyyatlarının düzgün aparılmasını təmin etmək; Bankomatın və ödəniş terminallarının inkassasiyasını daxili prosedur və qaydalara uyğun təşkil etmək; Rəhbərliyə Kassanın icraatında olan işlərin vəziyyəti barədə hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək.

Tələblər

Müvafiq sahə üzrə bakalavr ali təhsili; ATM-lə işləmək üçün baza biliklərinə malik olmalı; Azərbaycan dilində sərbəst danışıq (rus dili arzuolunandır); Kompüterdən yüksək səviyyədə istifadə etmək bacarığı (MS Office-Word, Excel, PowerPoint); Kollektivlə effektiv ünsiyyət qurma bacarığı; Yeniliklərə açıq, daim özünü inkişaf etdirən şəxs olmalı; Verilmiş materiallardan istifadə edərək təhlil aparmaq və işi yerinə yetirmək bacarığı.

Müraciət üçün daxil olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью