Kassam tuqayları İsrailin hərbi maşınını vurub Ölənlər var

12.12.2024

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Kassam Tuqayları" Qəzzada İsrail ordusuna hücum çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma Telegram kanalında məlumat yayıb.

Məlumatda deyilir ki, Cibaliya Qaçqınlar Düşərgəsində hərəkətdə olan İsrail ordusuna məxsus hərbi maşın vurulub: "İçərisində əsgərlər olan nəqliyyat vasitəsi əldəqayırma “Şevvaz” adlı partlayıcı ilə məhv edilib. Partlayışda avtomobildə olanlar arasında ölən və yaralananlar var".

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью