Kasse, Murao, Sulamanidze Bakıdakı yarışın favoritləri

31.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin iştirakçılarının siyahısına belçikalı Mattias Kasse başçılıq edir.

İdman.biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan 2021-ci ilin dünya çempionu və Tokio-2020 olimpiadasının bürünc mükafatçısı ən yüksək reytinqə malik idmançıdır.

Sanshiro Murao (90 kq) siyahıda ikincidir: o, Paris-2024-ün ikiqat gümüş mükafatçısıdır.

Paris-2024 olimpiadasının finalçısı gürcüstanlı İlia Sulamanidze (100 kq) reytinqdə üçüncüdür.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью