Kassiopeya səmasında üç kosmik müəmma

21.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

NASA oktyabrın 21-də günün astronomik şəklini təqdim edib.

Görüntüdə Kassiopeya istiqamətində yerləşən və zəif işıqları ilə seçilən üç yeni astronomik obyekt diqqət çəkir.

NASA-nın məlumatına görə, bu obyektləri qeydə almaq üçün 100 saatlıq müşahidə aparılıb və xüsusi oksigen filtrindən istifadə edilib. Şəkildə mavi rəngdə görünən obyektlər ionlaşmış oksigenin mövcudluğunu göstərir.

Astronomlar yeni obyektlərin mənşəyini hələ tam müəyyənləşdirə bilməyiblər. Ehtimallardan birinə görə, onlardan biri ulduzlararası qaz və tozla qarşılıqlı təsir nəticəsində yaranan sıxılmış və qızmış maddə ola bilər. Digər obyektin isə mərkəzində ağ cırtdan ulduz aşkar ediləcəyi təqdirdə planetar dumanlıq olduğu müəyyənləşdirilə bilər.

Tədqiqatçılar bu sirli kosmik obyektlərin təbiətini aydınlaşdırmaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Hazırladı:
S.Rzayeva
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью