Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illər pərakəndə ticarət sektorunda özünəxidmət kassalarının sayı sürətlə artır. Bu texnologiya alış-veriş prosesini sürətləndirmək və əməliyyat xərclərini azaltmaq məqsədi daşıyır. Bununla yanaşı, yeni sistemlərin tətbiqi əmək bazarına mümkün təsirləri ilə bağlı müzakirələri də gündəmə gətirib. Bəzi ekspertlər kassir vəzifələrinə tələbatın azala biləcəyini qeyd etsələr də, digərləri yeni texnologiyaların fərqli iş sahələri yaratdığını vurğulayırlar. Özünəxidmət kassalarının iş yerlərinin sayına təsirinin hansı istiqamətdə olacağı isə əsas müzakirə mövzularından biri olaraq qalır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, marketlərdə tez-tez “satıcı axtarılır”, “kassir axtarılır” kimi elanlarla qarşılaşırıq:
“Bu da göstərir ki, supermarketlərdə müəyyən kadr çatışmazlığı mövcuddur. Bunun əsas səbəblərindən biri əmək haqlarının yüksək olmamasıdır. Bu baxımdan özünəxidmət kassalarının tətbiqi mövcud boşluğu qismən aradan qaldıra bilər. Təbii ki, belə sistemlərin genişlənməsi kassir və satıcı sayının müəyyən qədər azalmasına səbəb ola bilər. Lakin bu proses eyni zamanda yeni iş yerlərinin yaranmasını da şərtləndirir. Belə ki, özünəxidmət kassalarının fəaliyyəti üçün nəzarət mexanizmləri qurulmalı, onların idarə olunması və monitorinqi həyata keçirilməlidir”.
O deyib ki, bu sahədə də əlavə işçi qüvvəsinə ehtiyac yaranır:
“Bundan başqa, avadanlıqların quraşdırılması, texniki xidməti, təmiri və proqram təminatının dəstəklənməsi kimi istiqamətlərdə yeni iş yerləri açılır. Ona görə də özünəxidmət kassalarının tətbiqini əmək bazarı üçün ciddi problem kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, bu proses bəzi peşələrin transformasiyasına və yeni məşğulluq imkanlarının yaranmasına səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, marketlərdə tez-tez “satıcı axtarılır”, “kassir axtarılır” kimi elanlarla qarşılaşırıq: