Kastamonuda güclü sel: Evlər və iş yerləri su altında qaldı

26.07.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Kastamonu vilayətində aramsız yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Cide rayonunda baş verən sel nəticəsində yaşayış evləri, iş yerləri və avtomobillər su altında qalıb.

BAKU.WS xəbər verir ki, Meteorologiya Baş İdarəsinin "narıncı" xəbərdarlığından sonra bölgədə yağan intensiv yağışlar xüsusilə sahil rayonlarında daşqınlara yol açıb. Doğanyurt rayonunda hər kvadratmetrə 157 kiloqram yağıntı düşdükdən sonra Cide rayonunda da Devrekani çayının məcrasından çıxması nəticəsində rayon mərkəzini sel suları basıb.

Daşqın səbəbindən evlərin və iş yerlərinin aşağı mərtəbələri su altında qalıb, bir sıra avtomobillər yollarda hərəkətsiz vəziyyətdə qalıb. Güclü yağış Cide–Bartın avtomobil yolunda nəqliyyatın hərəkətini də dayandırıb.

Bölgədə əvvəlcədən yerləşdirilmiş Dövlət Su İşləri (DSİ), Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və bələdiyyə əməkdaşları tərəfindən suyun yaşayış məntəqələrindən çəkilməsi və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparılır.

Bundan əlavə, Devrekani çayı üzərindəki körpülərin dayaqlarının sel suları ilə gətirilən tullantılar səbəbindən tutulmaması üçün xüsusi texnika vasitəsilə təmizləmə işləri davam etdirilir. Hazırda bölgədə vəziyyət nəzarətdə saxlanılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью