Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Amerikalı aktrisa Sandra Bullok karyerasının ilk illərində yaşadığı xoşagəlməz hadisədən danışıb.
Axşam.az xəbər verir ki, 61 yaşlı sənətçi bu barədə Cennifer Enistonla “Interview” jurnalı üçün söhbəti zamanı açıqlama verib.
Bullok bildirib ki, karyerasının əvvəlində qatıldığı bəzi kastinqlərdə ondan şalvarını çıxarması tələb olunub:
“Mən hər cür azğın insanların kastinqlərinə gedirdim. Onlar məndən şalvarımı çıxarmağımı istəyirdilər. Mən də düşünürdüm: “Xeyr, bu rol mənlik deyil”.
Həmin vaxt Nyu-Yorkda yaşayan aktrisa ofisiant işləyib. Bullokun sözlərinə görə, aktyorlar tez-tez bir daha iş tapa bilməyəcəklərindən qorxurlar. Buna görə də qarşılarına çıxan bütün layihələrdə rol almağa çalışırlar.