Kaşuka milli dəvət

04.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Millinin baş məşqçisi Andrea Maldera 34 nəfərlik geniş heyətə Kaşukun da adını daxil edib.

Vinger bu mövsüm 17 oyunda 5 qol vurub.

Ukraynalı futbolçu daha əvvəl ölkəsinin U-21 və U-23 yığmalarında forma geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью