Kaşukun “Polissya”ya keçidi niyə baş tutmayıb? DETALLAR

13.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” futbol klubunun vingeri Aleksey Kaşukun bu ilin əvvəlində Ukraynanın “Polissya” klubundan ciddi təklif aldığı məlum olub.

İdman.Biz xəbər verir ki, klub 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün bir neçə ay çalışıb.

Ukraynalı jurnalist Mixail Spivakovskinin sözlərinə görə, “Qarabağ” Kaşukun transferi üçün 2 milyon avro (3,96 milyon manat) tələb edib. “Polissya” isə bu məbləği ödəməyə hazır olub və tərəflər keçidi razılaşdırmağa yaxınlaşıblar.

Lakin transfer Kaşukun qərarına görə baş tutmayıb. Ukraynalı futbolçu ölkəsinə qayıtmaq istəməyib.

Spivakovski qeyd edib ki, Kaşuka bu ilin əvvəlində Kiprin “Omoniya” və Xorvatiyanın “Hayduk” klubları da maraq göstərib.

Qeyd edək ki, Aleksey Kaşukun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью