Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Barselona”nın müdafiəçisi Pau Kubarsi İspaniya millisinin heyətində aldığı zədə səbəbindən La Liqanın 13-cü turunun “Vilyarreal”la matçını buraxa bilər.
Futbolpress.az xəbər verir ki, kataloniyalıların mətbuat xidmətinin yaydığı məlumata görə, 19 yaşlı arxa xətt oyunçusunda qarın-bel əzələsinin həddindən artıq gərginliyi aşkar olunub. Tibb heyəti noyabrın 22-nə nəzərdə tutulan görüşdə futbolçunun iştirak edib-etməyəcəyini dəqiqləşdirmək üçün ətraflı müayinələr aparacaq.
Qeyd edək ki, Millətlər Liqasında Çexiya ilə matçda 90 dəqiqə oynayan Kubarsi İngiltərə ilə görüşdə yalnız birinci taym meydanda qalıb və həmin vaxt zədələnib.