Kataliz və Qeyriüzvi Kimya İnstitutu ilə İstanbul Universiteti birgə tədqiqatlar aparacaqlar AZƏRTAC

24.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları İstanbul Universitetində görüşlər keçiriblər.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlar universitetin Analitik kimya laboratoriyasındakı avadanlıqlarla tanış olublar. Bundan əlavə, əməkdaşların əldə etdiyi təcrübi nəticələrin İnduktiv Birləşdirilmiş Plazma Kütlə Spektrometriyası (ICP-MS) üsulu ilə təhlili həyata keçirilib və laboratoriyanın əməkdaşları ilə tədqiqatlar barədə geniş müzakirələr aparılıb.

Görüş zamanı elmi əməkdaşlığın davam etdirilməsi və gələcəkdə birgə tədqiqatların inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью