Kataloniya klubunda ciddi itki

23.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq ciddi zədə alıb.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı niderlandlı futbolçunun sağ diz bağları qopub. Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Səhhətindəki problemə görə təcrübəli yarımmüdafiəçinin 4 aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

De Yonq Niderland millisinin heyətində DÇ-2026-da keçirilən 4 matçın hamısında iştirak edib. O, 2025/26 mövsümündə “Barselona”nın forması ilə La Liqada çıxış etdiyi 25 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью