Kataloniya klubundan gözlənilməz qərar

03.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona”nın İngiltərədəki mövsümöncəsi toplanışı çərçivəsində “Preston Nort End”ə qarşı keçirməli olduğu yoldaşlıq oyunu ləğv edilib.

Futbolpress.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, buna meydan sahiblərinin əsas heyətində oyunçu çatışmazlığı səbəb olub.

“Preston” qarşılaşmaya U-21 komandası ilə çıxmağı təklif etsə də, Kataloniya təmsilçisi bu variantla razılaşmayıb. Nəticədə “Barselona” oyun əvəzinə məşqlə kifayətlənərək planlaşdırılandan daha tez İspaniyaya qayıtmaq qərarı verib.

Gələn həftə ölkə kubokunda “Haddersfild Taun”la qarşılaşacaq İngiltərə klubu önəmli futbolçularını riskə atmaq istəməyib.

“Preston” – “Barselona” matçı 3 avqustda Birmingemdə tutmalı idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью