Kataloniya təmsilçisi alman mütəxəssislə müqaviləni uzadacaq

20.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Barselona" Hans-Diter Fliklə bağlı qərarını verib. Sport24.az insayder Nikolo Şiraya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi alman mütəxəssislə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Mənbənin sözlərinə görə, Fliklə yeni anlaşmanın müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, almanniyalı ötən yay "Barselona"nın "sükanı arxasına" keçib. Onun hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Flikin rəhbərliyi altında katalonlar bu mövsüm Çempionlar Liqasının yarımfinalına, İspaniya kubokunun finalına yüksəlib və çempionatın bitməsinə 7 tur qalmış La Liqada turnir cədvəlinə başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью