Katalonlar Julian Alvarezlə ilkin danışıqlar aparıblar

20.11.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Barselona”nın Julian Alvarezi heyətinə qatmağa hazırlaşdığı bildirilir.

İdman.Biz xəbər verir ki, İspan mediası tərəflər arasında danışıqların artıq baş tutduğunu yazıb.

Kataloniya təmsilçisi argentinalı forvardın keçidi üçün özünə inamlıdır. Klub rəhbərliyi transferin gələn il reallaşa biləcəyini düşünür.

Müqavilənin detalları hələ açıqlanmayıb, lakin danışıqların müsbət yöndə irəlilədiyi vurğulanır.

“Barselona” hücum xəttini genişləndirmək üçün uzun müddətdir potensial namizədləri izləyir və Alvarezin bu siyahıda ön sıralarda olduğu qeyd olunur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью