Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Egey dənizindəki Xios adasının şərqində qeyri-qanuni miqrantları daşıyan sürət kateri ilə Yunanıstan Sahil Mühafizəsinin gəmisi toqquşub. Toqquşma nəticəsində ən azı 14 nəfər ölüb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib.
Məlumata görə, toqquşmadan sonra dörd patrul kateri, Hərbi Hava Qüvvələrinin helikopteri və dalğıclardan ibarət şəxsi gəminin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı başlayıb. 24 nəfər xilas edilərək Xios adasında xəstəxanaya çatdırılıb. Həmçinin Sahil Mühafizəsinin iki əməkdaşı da xəstəxanaya yerləşdirilib.
Sahil Mühafizəsi qeyd edir ki, toqquşma anında katerin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil. İtkin düşdükləri ehtimal olunan şəxslərin axtarışı davam edir.
Yunanıstan Yaxın Şərq, Afrika və Asiyadan olan miqrantların Avropa İttifaqına girişi üçün əsas marşrutlardan biri olaraq qalır (Oxu.az).
Oxunub 52