Katexdə növbəti ağır qəza: Ana və oğlu xəsarət aldılar VİDEO

26.08.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Balakən rayonunun Katex qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə zamanı Etibar Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil radarın quraşdırıldığı dirəyə çırpılıb.

Qəza nəticəsində E.Məmmədovun həyat yoldaşı, 47 yaşlı Leyla Məmmədova və oğlu, 18 yaşlı Polad Məmmədov xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Katexdə 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью