Katolik kilsəsinin rəsmisi: “COP29 Azərbaycanın multikultural dəyərlərə sadiq qalmasının n…
Icma.az bildirir, Moderator.az portalına istinadən. “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı kimi mötəbər
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev deyib.
Onun sözlərinə görə, dünyadakı ekolojı vəziyyət , müşahidə olunan sürətli qlobal istiləşmə prosesləri ciddi həyəcan doğurur: “Dünya katoliklərin Başçısı Papa Fransisk Müqəddəsləri hələ 2015-ci ildə yazdığı “Laudato Si” (“Həmd olsun Sənə”) adlı ensiklikasında təkcə xristianları yox, bütün bəşəriyyəti Yer kürəsində cərəyan edən ekolojı böhrandan çıxış yollarını birləşərək, səmimi həmrəylik ruhunda axtarmağa çağırıb.
Papa Fransiskin xristianlığın təməl prinsiplərinə əsaslanan mövqeinə görə, biz hamımız, dini, mədəni, irqi və digər fərqlərimizə baxmayaraq – bir olan Yaradanın övladlarıyıq və Yer kürəsi bizim yeganə və ümumi evimizdir.
Allah bizə bu dünyanı bəxş edib ki bütün canlı və cansız xilqətə görə Xaliqin qarşısında məsuliyyətimizi dərk edərək onu düzgün, ədalətli şəkildə, ifratdan uzaq duraraq, idarə edək.
Təəsüflər olsun ki, müasir dövrümüzə hakim olan aşırı istehlak hərisliyi üzündən, dünyanın əsas siyasi və iqtisadi mərkəzlərinin qeyri-səmimi münasibəti səbəbindən Roma Papası və dünyanın digər nüfuzlu dini liderlərin ümumbəşər məsələlərə dair birlik nümayiş etdirmək çağırışları çox vaxt diqqətdən kənarda qalır”.
T.Ağayev qeyd edir ki, Azərbaycanın təklif etdiyi “müxtəliflikdə həmrəylik” modeli böyük önəm daşıyır: “Ölkəmizin apardığı dini-mədəni müxtəlifliyin qorunmasına yönələn daxili və xarici siyasətin xoş bəhrəsini görmək həm Azərbaycan vətəndaşını kimi, həm də katolik xristian mənsubu kimi çox sevindirir.
Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın multikultural dəyərlərə sadiq olmasının növbəti əyani sübutdur.
Tam oxu
Xəbəri oxu