Katoliklərin ruhani lideri Papa Fransisk vəfat edib

21.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən katoliklərin ruhani lideri Papa Fransisk vəfat edib.

Bizimyol.info xəbər verir ki, Roma Katolik Kilsəsinin ilk Latın Amerikası lideri Papa Fransiskin vəfatı Vatikanın yaydığı video bəyanatda təsdiqlənib.

Papa bu gün səhər yerli vaxtla səhər saat 7:35-də dünyasını dəyişib. 88 yaşlı Papa Fransisk 12 illik papalıq dövründə müxtəlif xəstəliklərdən əziyyət çəkib.

Katolik lider ölümündən cəmi bir gün əvvəl Vatikanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Devid Venslə görüşmüşdü.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью