Katolikosluğun fəaliyyətini alqı satqıya çevirib Paşinyan

31.10.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Müqəddəs Ovannavankdakı dualarımız Ktriç Nersisyan tərəfindən iyrənc hesab edildi. İyrənclik bu deyil, katolikos taxtını tutan şəxsin subaylıq andını pozması və bəzi məlumatlara görə, uşağının olmasıdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə səhifələrində paylaşdığı videoda bildirib.

“İyrənclik ondadır ki, Ktriç Nersisyan Ermənistanın mənəvi həyatını çıxılmaz vəziyyətə gətirib çıxarıb və mahiyyət etibarilə katolikosluğun fəaliyyətini ixraca, idxala, pula, alqı-satqıya çevirib”, - deyə o qeyd edib.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью