Kats: İran İsrailə qurudan girməyə hazırlaşırdı

08.07.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İran İsrailə yerüstü əməliyyatla girməyə hazırlaşırdı".

Oxu.Az "Doqquzuncu kanal"a istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.

O izah edib ki, İsrail İrana hücum qərarını Tehranın ilk zərbəni endirəcəyi ilə bağlı narahatlıqlar nəzərə alınmaqla verib:

"İsrail müharibə başlamazdan əvvəl İordaniya və Misirlə sərhədlərinə minlərlə hərbçi yerləşdirib".

Kats qeyd edib ki, sərəncamında Tehranın İsraili məhv etmək üçün B planı hazırladığı barədə məlumat var idi.

İsrail nazirinin sözlərinə görə, plan yəhudi dövlətinə soxulmaq üçün çoxsaylı şiə silahlı birləşmələrindən istifadə etmək idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью