Kats: İsrail Ordusu Livandakı 5 əsas nöqtədən çəkilməyəcək | Icma.az
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats hərbi nümayəndələrlə vəziyyətin qiymətləndirməsi ilə əlaqədar iclasda çıxışı zamanı dilə gətirib.
O vurğulayıb ki, bu addım "İsrailin şimalında yaşayan sakinləri qorumaq məqsədi daşıyır.
"İsrail Ordusunun sözügedən nöqtələrdə qalmasının sərhəddəki mübahisəli məqamlar üzrə gələcək danışıqlarla əlaqəsi yoxdur", - nazir deyib.
Kats, eyni zamanda, həmin strateji nöqtələrdə mövqeləri gücləndirmək barədə qoşunlara tapşırıq verib.
İsrail Livanla münasibətlərin normallaşmasını istəyir Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb.
(Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb).
Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib.
Tam oxu
Xəbəri oxu