Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats özünün "X" hesabında yazıb. O, İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisindəki nüvə və raket obyektlərinə qarşı hərbi əməliyyatının cari vəziyyətini qiymətləndirib.
"Dövlət televiziya binası sıradan çıxarıldı. Əhali kütləsi dəstə-dəstə qaçıb gedir. Tezliklə digər hədəflər də vurulacaq. Diktaturalar bax belə yıxılır!", - nazir vurğulayıb.
İsrael Kats dünən İsrail Ordusunun ali rütbəli nümayəndələri ilə keçirdiyi vəziyyəti qiymətləndirmə iclasında isə birbaşa Əli Xameneiyə xəbərdarlıq ünvanlamışdı:
Kats Xameneiyə: "Səddamın gününə düşəcəksən!"
"Müharibə cinayətləri törətməkdən, mülki İsrail sakinlərinə raket atmaqdan əl çək. Ey İran diktatoru, (İraqın sabiq lideri - red.) Səddam Hüseynin aqibəti sənin də başına gələcək!".
Məlumat üçün bildirək ki, İranın sabiq lideri Səddam Hüseyn 2003-cü ildə ABŞ-nin İraqı işğalı əsnasında devrilmiş və asılmışdı
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Dövlət televiziya binası sıradan çıxarıldı. Əhali kütləsi dəstə-dəstə qaçıb gedir. Tezliklə digər hədəflər də vurulacaq. Diktaturalar bax belə yıxılır!", - nazir vurğulayıb.