Kats: Xameneyinin istənilən varisi İsrailin hədəfinə çevriləcək

04.03.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İranın ali lideri Əli Xameneinin istənilən varisi "qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək".

Bu barədə "Report" İsrail KİV-ə istinadən xəbər verir.

"İranın İsrailin məhv edilməsi planını davam etdirmək, ABŞ-yə, azad dünyaya və regionun ölkələrinə qarşı təhdidlər yaratmaq üçün təyin etdiyi istənilən lider qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək", - İ.Katsın bəyanatında bildirilib.

O həmçinin qeyd edib ki, İsrail rejimin potensialını zəiflətmək və onun devrilməsi üçün şərait yaratmaq məqsədilə ABŞ ilə birgə döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью