KATV1 abunəçidən routerə görə niyə 75 manat tələb edir? Rəsmi CAVAB

04.02.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bakı şəhəri, N. Nərimanov rayonu, Ə. Rəcəbli 18A, mənzil 20 ünvanında yaşayıram. Ötən ay KATV1-dən zəng edildi ki, sizin internet routerinizi dəyişirik, ödəniş tələb olunmur, amma bunun əvəzində siz internet istifadə haqqınızı bir ay öncədən etməlisiniz. Razılaşdıq, gəlib internet routerini dəyişdilər. Dünən şirkət nümayəndəsi gəlib həmin routerin yandığını müəyyənləşdirib. Uzun illərdir biz KATV1-in abunəçisiyik. Şirkətdən bizə dedilər ki, siz KATV1-in əmlakına ziyan vurmusunuz, gərək 75 manat ödəyəsiniz, sonra gəlib həmin aparatı dəyişək".

Bunu Redaktor.az-a şikayətçi Hüseynov Muradxan Qənimət oğlu bildirib.

"Niyə biz ucuz aparata görə 75 manat ödəməliyik? Aparatı özləri gətirib qoyublar, bizimlə də əvvəldən müqavilə imzalamayıblar ki, aparat yansa, xərcini biz ödəməliyik. Niyə abunəçiləri bu qədər incidirlər? Bizim uzun müddət bunlara verdiyimiz abunə haqqını nəzərə almırlar? Ucuz aparata görə niyə abunəçinin hüquqları pozulmalıdır? Xahiş edirəm ki, bu məsələni araşdırıb ictimaiyyətə elan edəsiniz ki, KATV-də belə hallar var və vətəndaşlar aldanmasın!".

KATV1-ə məsələ ilə bağlı sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, daxili qanunlara əsasən router abunəçiyə kampaniya daxilində pulsuz verilir:

"Amma o routerin keyfiyyəti və routerə baxım abunəçinin məsuliyyətidir. Əgər problem yaranarsa, abunəçi onu cərimə kimi ödəməlidir. Problem həll olunacaq. Əslində şirkətin daxili qaydalarına əsasən dəyən ziyan ödənilməlidir. Birbaşa 5–10 dəqiqə ərzində abunəçinin özü ilə əlaqə saxlanılacaq, router veriləcək, məsələ həll olunacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью