KATV1 də internet kəsintisi yaranıb? Sakinlərdən ŞİKAYƏT

05.07.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərində kabel televiziyası və internet xidmətləri təklif edən "KATV1"də ("AG Telekom" MMC) ötən gün axşam saatlarından internetin olmaması abunəçilərin narazılığına səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.

Qeyd olunub ki, gecə saatlarından Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində internet təminatı kəsilib və bu gün də bərpa olunmayıb.

"Aylıq 25 manat pul ödəyirik, amma normal xidmət ala bilmirik - ya sürət vəd olunandan aşağı olur, ya da hansısa səbəbdən tez-tez internet kəsilir. Bu barədə vətəndaşa xəbərdarlıq edilmir", - deyə şikayətdə bildirilir.

Problemlə bağlı KATV1-lə əlaqə saxlamağa çalışsaq da, sorğumuza cavab verən olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью