Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər

21.10.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Son günlərdə düşmənlərimiz, əsasən da İran və onun proksiləri tərəfindən İsraildə seçkilərə təsir göstərəcək hücumların həyata keçirilməsi cəhdlərini müşahidə edirik”.

"Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri Israel Katz deyib.

O, İran hakimiyyətinin özünün ən zəif nöqtəsində olduğunu, buna görə də Tehranın ifrat addımlar ata biləcəyini bildirib.

"Əgər İran İsrailə hücum edərsə, İran yanacaq”, - Katz vurğulayıb.

Katz bir daha İsrailin Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çıxmayacağını bəyan edib.

Müdafiə naziri növbəti dəfə Hizbullaha xəbərdarlıq edib. O qeyd edib ki, əgər Hizbullah İrana qoşularaq İsrailə hücum edərsə, ən ağır zərbələri alacaq.

///apa.az///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью