Kaunasda bir dəqiqəlik sükut

27.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan yığması Millətlər Liqasında bu gün Litvanın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, matçdan əvvəl AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev milli komanda ilə görüşüb.

Oyun öncəsi Sərxan Hacıyev, Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də AFFA-nın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Litva – Azərbaycan oyununa saat 17:00-da start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью