Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kavani "Boka Xuniors"dan ayrıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Edinson Kavani Argentinanın "Boka Xuniors" klubundan ayrılıb.
QOL.az L'Équipe nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Kavani zədələr səbəbindən 2026-cı ildə "Boka Xuniors"da cəmi 2 rəsmi oyunda meydana çıxıb.
Təcrübli forvardın hələlik karyerasını bitirmək barədə düşünmədiyi bildirilir.
Qeyd edək ki, E.Kavani 2023-cü ildən "Boka Xuniors"un formasını geyinirdi. Uruqvay millisinin sabiq üzvü "Palermo", "Napoli", PSJ, "Mançester Yunayted" və "Valensiya"da da oynayıb.