Kavelaşvili 613 məhbusu əfv etdi

19.01.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili rəsmi səlahiyyətləri çərçivəsində 600-dən çox məhbusu əfv edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

“Rəbbin Vəftizi pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim. Əfv olunan məhbuslara ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verilir”, - deyə Kavelaşvili qeyd edib.

O, əfv fərmanının hansı kateqoriya məhbuslara şamil edildiyini açıqlamayıb.

Xatırladaq ki, Kavelaşvili dekabrın 29-da Gürcüstan prezidenti vəzifəsinin icrasına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью