Kavelaşvili andiçmə mərasiminə səfirləri dəvət etmədi

26.12.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri prezident Mixeil Kavelaşvilinin inauqurasiya mərasiminə dəvət olunmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili mətbuat konfransında bildirib.

“Səfirlər dəvət edilmir. Bu inauqurasiyaya xarici nümayəndələrin dəvəti belə nəzərdə tutulmayıb, zalda müəyyən məhdudiyyətlər var, əsas amil budur. Əsas odur ki, bu rəsmi mərasimdir və burada Seçicilər Kollegiyasının üzvlərinin iştirakı, həmçinin konstitusiya orqanlarının tam şəkildə təmsil olunması vacibdir”-deyə sədr vurğulayıb.

Günel

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью