Kavelaşvili: Ərdoğanın Rusiya Ukrayna sülhü üçün rolu həlledicidir

13.08.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Rusiya-Ukrayna müharibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu münaqişə tərəfləri arasında sülhün bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edir.
Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyəyə rəsmi səfər edən Gürcüstan prezidenti Mixail Kavelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada Çankaya köşkündə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında danışıb.
Kavelaşvili Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluğun əhəmiyyətini vurğulayaraq, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinin geniş müzakirə edildiyini bildirib.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью