Kavelaşvili: Gürcüstan 2030 cu ilə qədər Aİ yə üzv olmağa hazırdır

03.12.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Gürcüstan 2030-cu ilə qədər Avropa ittifaqına (Aİ) daxil olmağa hazır olacaq, lakin hər şey Brüsselin mövqeyini dəyişib-dəyişdirməməsindən asılıdır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili "Deutsche Welle" media qrupuna müsahibəsində bildirib.

"2030-cu ilə qədər Gürcüstan Aİ-yə üzv olmağa hazır olacaq, lakin bu gün Aİ-nin öz baxışlarını dəyişib-dəyişdirməyəcəyini bilmirik. Onlar ikili standartlarla fəaliyyət göstərirlər. Dialoq əsasdır, amma bizimlə dialoqa girmirlər. Bəzən hökuməti tanıyır, bəzən də tanımırlar. Bu, absurddur", - Kavelaşvili bildirib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью