Kavelaşvili: Gürcüstan bölgədə sülhün təşviqinə sadiqdir

16.07.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Gürcüstan dialoq, diplomatiya və əməkdaşlıq vasitəsilə Cənubi Qafqaz bölgəsində sülh, sabitlik və etimadın təşviqinə sadiqdir”.

Sherg.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyənin ticarət naziri Ömər Bolatla keçirdiyi görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, mövcud regional və strateji əhəmiyyətə malik layihələr Gürcüstanla Türkiyə arasında səmərəli strateji əməkdaşlığın, dayanıqlı inkişafın və etibarlı tərəfdaşlığın bariz nümunəsidir. O, birgə səylərlə iqtisadi əlaqələrin daha da yüksək səviyyəyə qaldırılacağına ümidvarlıq ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью