Kavelaşvili Gürcüstan Prezident Administrasiyasına rəhbər təyin etdi

29.12.2024

Azpost saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan prezidenti Mixail Kavelaşvili vəkil Ketevan Kvinikadzeni administrasiyasının rəhbəri təyin edib.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kvinikadze əvvəllər Gürcüstan parlamentinin aparat rəhbəri vəzifəsində çalışıb.

Kvinikadze 1980-ci ildə Tbilisidə anadan olub. 1997-2002-ci illərdə David Aqmaşenebeli adına Gürcüstan Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2009-cu ildə Tbilisi Siyasi Biliklər Məktəbini bitirib.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью